İyn
2015
13:03
128
29
4835
Virtual karabakh

Şahzadə Şarlottanın ilk - FOTOLARI

7 İyn, 2015
13:03
4835

Şahzadə Şarlottanın ilk - FOTOLARI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Biz şahzadənin fotoşəkillərini paylaşmağa şadıq”.

Kensinqton sarayının Twitter səhifəsində Kembric şahzadəsi Şarlotta Yelizaveta Diananın ilk fotoşəkilləri yer alıb. O, fotolarda böyük qardaşı, şahzadə Corcla birlikdə əks olunub.

Oxu.Az-ın məlumata görə, şəkilləri Kensinqton sarayının mətbuat xidməti yayıb.

Şahzadələrin şəklini anaları Hersoginya Keyt mayın ortalarında çəkib. #WelcomeToTheFamily haşteqdə yerşəldirilmiş qeydlərdə deyilir: 

“Biz şahzadə Corcun kiçik bacısı şahzadə Şarlotta ilə ilk fotoşəkillərini paylaşmağa şadıq”.

Qeyd edək ki, Hersoginya Keyt professional fotoqrafdır. O bu sənəti Sent-Endryus universitetində təhsil alarkən öyrənib. 

Kembric şahzadəsi Şarlotta mayın ikisində Londonda Müqəddəs Mariya xəstəxanasında dünyaya gəlib. O taxt-tacın 4-cü varisi olacaq. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri