16 
Noy
2023
18:18
13
66
3646
Virtual karabakh

Bayden Si Cinpinin limuzinini öz “Vəhşi”si ilə müqayisə etdi - FOTO/VİDEO

16 Noy, 2023
18:18
3646

Bayden Si Cinpinin limuzinini öz “Vəhşi”si ilə müqayisə etdi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Prezidenti Co Bayden Çin Sədri Si Cinpinin limuzinini “möhtəşəm avtomobil” adlandırıb və onu özünün “Vəhşi” adlandırılan avtomobili ilə müqayisə edib.

Liderlər arasında söhbətin videosunu Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Hua Çunin “X” sosial şəbəkəsindəki (keçmiş “Twitter”) hesabında paylaşıb.

“Bu avtomobil möhtəşəmdir”.

Bu sözləri Bayden Çin liderinin limuzinini göstərərək deyib.

“Qırmızı bayraq (“Hongqi”), Çin brendidir. Çəkinməyin, daha yaxından baxın”, -  deyə Si Cinpin cavab verib.

Amerika prezidenti həmçinin Çin limuzinini beynəlxalq səfərlər zamanı səyahət etdiyi avtomobili ilə müqayisə edib.

“Bilirsiniz, onu necə adlandırıblar? “Vəhşi”, - deyə Bayden öyünüb.

Qeyd olunur ki, Si Cinpinin limuzini Çində indiyə qədər istehsal olunan ən bahalı avtomobil olub. Onun dizayn ideyası 1960-cı illərin klassik “Hongqi CA770” modellərinə əsaslanır. Çin liderinin avtomobilinin dəqiq xüsusiyyətləri məlum deyil, lakin verilən məlumata görə, onu Böyük Britaniyada istehsal olunan “Rolls-Royce Phantom” avtomobili ilə müqayisə etmək olar.

ABŞ prezidentinin zirehli “Cadillac” limuzini isə “Vəhşi” (“Beast”) kimi tanınır. Bu adı avtomobilə dövlətin yüksəkvəzifəli şəxslərinin mühafizəsinə cavabdeh olan ABŞ-nin Məxfi Xidməti verib. Avtomobilin rəsmi kod adı “Stagecoach”dır (“Diliсan”). Onun dizaynı “Cadillac”ın Miçiqan ştatının Detroyt şəhərindəki zavodunun istehsal xətlərindən çıxan bütün seriya avtomobillərdən fərqlidir. Onun çəkisinin doqquz tondan artıq və içərisində isə yeddinəfərlik yerin olduğu bildirilir.

 

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri