29 
Noy
2023
23:56
28
121
5229
Virtual karabakh

Sərnişin təyyarəsi havada olanda yanacağı tükəndi: Rusiyada təhlükəli anlar - VİDEO

29 Noy, 2023
23:56
5229

Sərnişin təyyarəsi havada olanda yanacağı tükəndi: Rusiyada təhlükəli anlar - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada yanacağı bitmək üzrə olan sərnişin təyyarəsi son anda eniş edə bilib.

Bu barədə sosial şəbəkələrdə kadrlar yayılıb.

Bildirilib ki, “Rossiya” aviaşirkətinə məxsus “Sukhoi Superjet 100” güclü qasırğada iki dəfə yerə eniş etmə cəhdləri baş tutmayıb və o, dövrə vurmalı olub.

Üçüncü dəfə dövrə vurarkən pilotlar yanacaq tədarükünün tükənmək üzrə olduğunu anlayıblar. Ekipaj dispetçeri qəzalı yanacaq balansı barədə məlumatlandırıb və “MAY DAY FUEL” siqnalı verib.

Aeroportda xilasetmə qrupu yüksək hazırlıq vəziyyətinə gətirilib. Xoşbəxtlikdən təcrübəli pilotlar və dispetçerlər sayəsində göyərtəsində uşaqlar da daxil olmaqla 75 nəfər olan “Superjet” eniş edə bilib.

Mənbə: “Mash” “Telegram” kanalı

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri