Dek
2023
06:26
190
131
2654
Virtual karabakh

Yelena Zelenskaya dünyanın ən nüfuzlu 25 qadını sırasına daxil oldu - FOTO

1 Dek, 2023
06:26
2654

Yelena Zelenskaya dünyanın ən nüfuzlu 25 qadını sırasına daxil oldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynanın birinci xanımı Yelena Zelenskaya “Financial Times”ın versiyasına görə, dünyanın ən nüfuzlu 25 qadını sırasına daxil olub.

Ukrayna lideri Volodimir Zelenskinin həyat yoldaşı Estoniya Baş naziri Kaya Kallas tərəfindən dünyanın ən nüfuzlu qadınları siyahısına daxil edilib. Kallas qeyd edib ki, onu ən çox Yelena Zelenskayanın dürüstlüyü heyran edir.

“Rusiyanın Ukraynanı işğal etməsindən dörd ay sonra o (Yelena Zelenskaya - red.), jurnalistə dedi ki, heç birimiz yaxşı deyilik. O bilir ki, yuxudan oyanıb vətənin işğal edildiyini görmək nə deməkdir. Sevdiklərini bir daha görüb-görməyəcəyini bilməmək və bütün bunlara baxmayaraq, azadlıq uğrunda mübarizə aparmaq üçün özündə necə güc tapacağını düşünmək…”, - deyə Kaya Kallas bildirib.

Estoniya baş naziri vurğulayıb ki, Yelena Zelenskaya, həyat yoldaşı kimi, dünyada dözümlülük simvoludur. Kallas onu da xatırladıb ki, Ukraynanın birinci xanımı xüsusilə müharibə zamanı ukraynalıların psixi sağlamlığı problemlərinin həlli istiqamətində bir çox sosial layihələr hazırlayır.

“İndi dünya Zelenskayanı dinləməli və Ukraynaya qələbə qazanmaq və əzablarına son vermək üçün lazım olanı verməlidir”, - deyə Estoniya baş naziri əlavə edib.

Ən nüfuzlu qadınlar siyahısına, həmçinin avstraliyalı aktrisa Marqo Robbi, amerikalı müğənni Beyons, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, iranlı hüquq müdafiəçisi Narqes Mohammadi, “OpenAI” şirkətinin texnologiyalar üzrə direktoru Mira Murati, BMT-nin Bioloji Müxtəliflik Konvensiyasının icraçı katibi Elizabet Maruma Mrema, Braziliyanın ətraf mühitin mühafizəsi naziri Marina Silva da daxil edilib.

Mənbə: UNİAN

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri