Dek
2023
08:16
173
13
6676
Virtual karabakh

Türkiyə F-16 qırıcılarını Rumıniyaya yolladı

1 Dek, 2023
08:16
6676

Türkiyə F-16 qırıcılarını Rumıniyaya yolladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus dörd ədəd F-16 təyyarəsi NATO hava polisi missiyası çərçivəsində Rumıniya səmasında patrul xidməti həyata keçirmək üçün Borcedəki 86-cı aviasiya bazasına gəlib.

Bu barədə Rumıniya Milli Müdafiə Nazirliyinin mətbuat Xidməti məlumat yayıb.

“Təxminən 80 hərbi personaldan (pilotlar və texniki heyət) və dörd F-16 təyyarəsindən ibarət heyət Rumıniya Hərbi Hava Qüvvələrinin pilotları ilə birlikdə NATO komandanlığı altında gücləndirilmiş hava polisi missiyasını yerinə yetirəcək”, - məlumatda deyilir.

Bildirilir ki, bu missiya cavabdehlik və çəkindirmə qabiliyyətinin inkişafına, həmçinin Rumıniya və Türkiyə Hərbi Hava Qüvvələri arasında əməkdaşlığın gücləndirilməsinə töhfə verir.

Qeyd edək ki, NATO hava polisi alyansın hava məkanını qorumaq üçün 1961-ci ildə yaradılıb. Rumıniya alyansa 2004-cü ildən qoşulub.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri