Dek
2023
13:16
48
142
2089
Virtual karabakh

Zelenski Ukraynanın əks-hücumunun uğursuz olduğunu etiraf etdi

1 Dek, 2023
13:16
2089

Zelenski Ukraynanın əks-hücumunun uğursuz olduğunu etiraf etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qışın gəlişi Rusiya ilə müharibədə yeni mərhələyə keçid olacaq”.

Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski “Associated Press”ə müsahibəsində deyib.

“Bizdə münaqişənin yeni mərhələsi başlayır və bu, faktdır. Qış ümumilikdə münaqişənin yeni mərhələsidir”, - deyə Zelenski bildirib.

Onun fikrincə, qış fəslində müharibə təkcə təmas xəttində deyil, şəhərlərdə də alovlanmağa başlayır. Zelenski, həmçinin, Ukrayna Silahlı Qüvvələrinin yay əks-hücumunun nəticələrindən narazı qaldığını da dilə gətirib.

“İnsanlarımızı itiririk, mən razı qalmadım. İstədiyimiz bütün silahları ala bilmədik, qane ola bilmirəm, amma çox şikayət edə də bilmərəm”, - deyə Ukrayna lideri qeyd edib.

Eyni zamanda, Volodimir Zelenski etiraf edib ki, Yaxın Şərqdə münaqişənin kəskinləşməsi dünya ictimaiyyətinin diqqətini Ukraynadan yayındırıb.

“Bu bir faktdır, yalnız kor adam bunu qəbul etməz”, - deyə o əlavə edib.

Mənbə: İzvestiya.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri