Dek
2023
11:56
90
162
1758
Virtual karabakh

Pentaqon: “ABŞ ordusu Çinlə hərbi münaqişəyə hazırdır”

3 Dek, 2023
11:56
1758

Pentaqon: “ABŞ ordusu Çinlə hərbi münaqişəyə hazırdır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ ordusu Çinlə hərbi münaqişəyə hazırdır, lakin bundan qaçmağa çalışır.

Bunu ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri, general Çarlz Braun deyib.

“Biz hər şeyə hazırıq. Ancaq eyni zamanda, biz münaqişənin olmaması üçün səy göstərməyə çalışırıq”, - Çarlz Braun Reyqan Fondunun “YouTube” kanalında bildirib.

Onun fikrincə, Vaşinqtonun indi nümayiş etdirdiyi hərbi qüvvə sülhə nail olmağa kömək edəcək.

Çarlz Braun müttəfiqlərlə dialoqu davam etdirmək və rəqibləri dinləmək imkanını bu mübarizənin mühüm tərkib hissəsi hesab edir. General hərbi rabitə kanallarının açıq olmasının vacibliyini vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri