Dek
2023
22:16
75
41
835
Virtual karabakh

Pentaqon Rusiya və Çinlə münaqişə üçün peyk sistemini sınaqdan keçirdi

7 Dek, 2023
22:16
835

Pentaqon Rusiya və Çinlə münaqişə üçün peyk sistemini sınaqdan keçirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Müdafiə Nazirliyi Arktikadakı ehtiyacları üçün “SpaceX” şirkətinin “Starlink” peyklərinin doqquz aylıq sınaqlarını uğurla başa vurub.

Bildirilir ki, “Starlink” mobil proqramlar da daxil olmaqla, Arktikada etibarlı, yüksək performanslı rabitə sistemi olduğunu sübut edib. Sınaqların çox güclü küləklər və həddindən artıq aşağı temperaturda aparıldığına aydınlıq gətirilib.

Məlumata görə, İlon Maskın peykləri “Arktikada təsirlərini genişləndirməyə çalışan” Rusiya və Çinlə qarşıdurma zamanı ABŞ üçün faydalı olacaq, çünki sərt iqlim və regionun uzaqlığı mövcud hərbi peyklər vasitəsilə rabitə imkanlarını məhdudlaşdırır.

Qeyd edək ki, “SpaceX”in qütb orbitində 233 peyki var.

Mənbə: naked-science.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri