Dek
2023
04:08
34
99
1071
Virtual karabakh

ABŞ Qayana ilə birgə hava təlimləri keçirəcək

8 Dek, 2023
04:08
1071

ABŞ Qayana ilə birgə hava təlimləri keçirəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ və Qayana hərbçiləri ölkənin Venesuela ilə ərazi mübahisəsi ətrafında vəziyyətin gərginləşməsi fonunda birgə hava təlimləri keçirəcəklər.

Təlimlərdə Qayana Müdafiə Qüvvələri (GDF) və ABŞ Cənub Komandanlığının (USSOUTHCOM) təmsilçiləri iştirak edəcəklər. Regional əməkdaşlıq çərçivəsində Qayanada uçuş əməliyyatları həyata keçiriləcək. Bu təlimlərə əlavə olaraq, fəlakətlərə hazırlıq, hava və dəniz təhlükəsizliyi, habelə transmilli cinayətkar təşkilatlara qarşı mübarizə sahələrində də təcrübə çübadiləsi aparılacaq.

“Birləşmiş Ştatlar Qayana üçün etibarlı təhlükəsizlik tərəfdaşı kimi öhdəliklərini yerinə yetirməyə davam edəcək və regional əməkdaşlığa, eləcə də qarşılıqlı fəaliyyətə kömək edəcək”, - deyə ABŞ-nin Cənubi Amerika Respublikasındakı səfirliyinın saytında yerləşdirilən bəyanatda deyilir.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri