10 
Dek
2023
01:36
33
50
5086
Virtual karabakh

Dünyanın ən bahalı və ən ucuz şəhərlərinin adları açıqlanıb

10 Dek, 2023
01:36
5086

Dünyanın ən bahalı və ən ucuz şəhərlərinin adları açıqlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mütəxəssislər Sinqapuru dünyanın yaşamaq üçün ən bahalı şəhəri adlandırıblar.

Belə məlumatlar “The Economist” jurnalının illik “Worldwide Cost of Living Report” hesabatında təqdim olunub.

Cənub-Şərqi Asiyada yerləşən şəhər-dövlət son 11 ildə doqquzuncu dəfə reytinqə başçılıq edib. Sinqapur İsveçrənin Sürixi ilə liderliyi bölüşüb. İkinci yeri İsveçrənin Cenevrə və ABŞ-nin Nyu-York şəhərləri tutub.

Siyahıda sonrakı yerləri Honq-Konq (Çin), Los-Anceles (ABŞ), Paris (Fransa), Kopenhagen (Danimarka), Təl-Əviv (İsrail) və San-Fransisko (ABŞ) tutur.

Yaşamaq üçün ən ucuz şəhər Argentinanın Buenos-Ayresi ilə sonuncu yerdə olan Hindistanın Çennay şəhərləri olub. Həmçinin, ən ucuz şəhərlər sırasında Laqos (Nigeriya), Əhmədabad (Hindistan), Lusaka (Zambiya), Tunis (Tunis), Daşkənd (Özbəkistan), Kəraçi (Pakistan), Tripoli (Liviya), Tehran (İran), Dəməşq (Suriya) də yer alıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri