10 
Dek
2023
05:17
38
71
3752
Virtual karabakh

Çin roveri Marsda qəribə tapıntıdan sonra yoxa çıxdı

10 Dek, 2023
05:17
3752

Çin roveri Marsda qəribə tapıntıdan sonra yoxa çıxdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Marsın dərinliklərinə nəzər salmağa imkan verən radarla təchiz edilmiş Çin roverinin bütün marşrutu boyunca naməlum çoxbucaqlılar aşkar edilib.

Sözügedən çoxbucaqlıların ölçüləri bir neçə on santimetrdən on metrə qədərdir.

Alimlər bu tapıntıların qəfil iqlim dəyişikliyi və sonradan suyun donması ilə çatların əmələ gəlməsi nəticəsində yarandığını irəli sürüblər.

Oxşar çoxbucaqlı strukturlar əvvəllər Marsın səthində tapılıb, lakin bu, torpağın dərinliklərində ilk dəfə qeydə alınıb.

Maraqlıdır ki, rover sözügedən məlumatı ötürdükdən sonra əlaqəni dayandırıb. Alimlər bunu cihazın 100 dərəcə şaxtaya tab gətirməməsi ilə izah ediblər.

Mənbə: news.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri