Rusiya Prezidenti Vladimir Putin xüsusi hərbi əməliyyat zamanı Rusiya Silahlı Qüvvələrində xidmət etmək üçün müqavilə bağlamış əcnəbilərə Rusiya vətəndaşlığının verilməsi haqqında fərman imzalayıb.
Sənəd yanvarın 4-də hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.
“Xüsusi hərbi əməliyyat zamanı Rusiya Federasiyasının Silahlı Qüvvələrində və ya hərbi birləşmələrində hərbi xidmət müqaviləsi bağlamış və ya xüsusi hərbi əməliyyat zamanı hərbi xidmət keçən xarici vətəndaşlar Rusiya Federasiyasının vətəndaşlığına qəbul üçün müraciət edə bilərlər”, - deyə fərmanda bildirilib.
Bundan əlavə, Rusiya Silahlı Qüvvələrində hərbi xidmət müddətində sağlamlıq vəziyyətinə görə, yaş həddinə çatdıqda, müqavilə müddəti başa çatdıqdan sonra, habelə hərbi vəziyyətə xitam verildiyinə görə hərbi xidmətdən xaric edilmiş əcnəbilər də Rusiya vətəndaşlığı üçün müraciət edə bilərlər.
Bu kateqoriyadan olan xarici vətəndaşların qohumlarının da vətəndaşlıq almaq hüququ olacaq.
Putin əcnəbilərə Rusiya vətəndaşlığının verilməsi haqqında fərman imzalayıb - VİDEO
Rəylər