Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Suriyada iranyönümlü qruplaşmaların onlarla tərəfdarı məhv edilib - YENİLƏNİB + VİDEO
ABŞ Hərbi Hava Qüvvələrinin Suriyanın şərqinə endirdiyi hava zərbələri nəticəsində iranyönümlü silahlı qrupların 23 tərəfdarı məhv edilib.
Bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Bundan əvvəl “Həşd əş-Şabi” komandanlığı 16 nəfərin həlak olduğunu, 25 nəfərin isə yaralandığını bildirmişdi.
03:31
ABŞ İordaniyadakı bazasına son hücuma cavab olaraq Suriyaya zərbələr endirməyə başlayıb.
Bu barədə Vaşinqton administrasiyası məlumat verib.
Qeyd olunub ki, ABŞ ordusu iranyönlü qrupların hədəflərinə zərbələr endirir.
Digər mənbələrdən verilən məlumata görə, Suriyanın şərqindəki Deyr əz-Zor əyalətinin İraqla sərhədində yerləşən Bu-Kemal şəhərinin ətrafı bombalanıb. Partlayışların Suriya-İraq sərhədindəki Əl-Qaim keçid məntəqəsi yaxınlığında baş verdiyi bildirilir.
Mənbə: gazeta.ru
"İraq" teqi üzrə xəbərlər
- İranın neft tankerləri saxta İraq sənədləri ilə sanksiyalardan yan keçir
- Tramp İraqda İŞİD liderinin məhv edildiyini bildirib
- İraqda dünyanın ən təhlükəli terrorçularından biri öldürüldü
- Türkiyə daha dörd ölkə ilə PKK və İŞİD-ə qarşı mübarizə mərkəzi yaradır
- İraqda daha bir vilayətdə türk dili rəsmi oldu