Fev
2024
07:44
122
19
4103
Virtual karabakh

Avropanın məşhur brendləri ilk dəfə Çin avtomobil şirkətləri ilə rəqabət aparmaq üçün birləşdilər

6 Fev, 2024
07:44
4103

Avropanın məşhur brendləri ilk dəfə Çin avtomobil şirkətləri ilə rəqabət aparmaq üçün birləşdilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Daimler AG” (Mercedes-Benz) və “BMW AG” (BMW) şirkətləri Çində fəaliyyət göstərmək üçün birgə müəssisə yaratmaq icazəsi alıblar.

Çinin bazar tənzimləyicisi müvafiq qərarı təsdiqləyib.

Bazarın Tənzimlənməsi üzrə Dövlət Administrasiyasının qərarı “Mercedes-Benz (China) Investment Limited” və “BMW Brilliance Automotive Ltd” şirkətlərinə aiddir.

Bundan əvvəl “Mercedes-Benz” və BMW-nin müştərək müəssisə yaratmaq qərarı Avropa Komissiyası tərəfindən təsdiq edilmişdi və bu, sazişin Avropa İqtisadi Zonasına məhdud təsiri səbəbindən rəqabətlə bağlı narahatlıq doğurmadığı qənaətinə gəlib”.

Əbədi rəqiblər olan “Mercedes-Benz” və BMW dəfələrlə reklam kampaniyalarında öz brendləri arasında rəqabət aparıblar. BMW reklam afişalarından birində zebra kimi boyanmış “Mercedes-Benz ML” krossoveri və onun arxasınca gepard rənglərində BMW X5 təqdim edilib. Digər bir təxribat məqsədli reklamda “BMW 5 Series” sedanları və uneversalları ilə yüklənmiş “Mercedes-Benz” avtomobil daşıyıcısı göstərilib və üzərində “Mercedes-Benz də sürücünün zövqünü oxşaya bilər” yazılıb.

Mənbə: gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri