Fev
2024
23:52
137
11
1467
Virtual karabakh

Polşalı fermerlər meydanda Ursula fon der Lyayen üçün dar ağacı qurdular - VİDEO

9 Fev, 2024
23:52
1467

Polşalı fermerlər meydanda Ursula fon der Lyayen üçün dar ağacı qurdular - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fermerlərin Avropada vüsət alan aksiyasına polşalılar da qoşuldu. Onlar bu gündən ümummilli tətillərə başlayıblar.

Etiraz nümayişi Bıqdoş şəhərində keçirilib. Fermerlər meydanda avropalı məmurlar üçün dar ağacları da qurublar.

Bununla bağlı sosial şəbəkələrdə kadrlar paylaşılıb. Görüntülərdə asılmış müqəvvaların üzərində Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa komissarı Yanuş Voyçexovskinin fotoşəkillərinin olduğu görünür.

Qeyd edək ki, fermerlərin tətillərinin martın 10-dək davam edəcəyi gözlənilir. Onlar Ukrayna kənd təsərrüfatı məhsullarının idxalını məhdudlaşdırmağı, həmçinin Avropa Yaşıl Sövdələşmədən imtinanı tələb edirlər.

Mənbə: 360TV

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri