10 
Fev
2024
03:01
161
9
3059
Virtual karabakh

Çernobıl AES-in yaxınlığında yaşayan mutant canavarların xərçəngə qarşı immunitetlərinin olduğu aşkarlanıb

10 Fev, 2024
03:01
3059

Çernobıl AES-in yaxınlığında yaşayan mutant canavarların xərçəngə qarşı immunitetlərinin olduğu aşkarlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çernobıl Atom Elektrik Stansiyasının (AES) yaxınlığında yaşayan mutant canavarların xüsusi genomları var. Radiasiyanın yaratdığı xərçəngə qarşı immunitet təmin edir.

Bu barədə Prinston Universitetinin bioloqu Kara Lavın araşdırmasında deyilir.

2014-cü ildə Lav və onun həmkarları təcrid zonasına gediblər və heyvanların xərçəngə səbəb olan radiasiyaya bədənin reaksiyasını anlamaq üçün yerli canavarlardan qan analizləri alıblar. Alimlər xüsusi yaxalıqlardan istifadə edərək canavarların harada olduğu, həmçinin onların bədənlərinin hansı şüalanmaya məruz qaldığı barədə məlumatlar əldə ediblər.

“Lav aşkar edib ki, Çernobıl canavarlarının radiasiya müalicəsi alan xərçəng xəstələri kimi immun sistemləri dəyişib. O, canavar genomunun xərçəng riskinin artmasına davamlı görünən spesifik bölgələrini müəyyən edib”, - məqalədə qeyd olunub.

Mütəxəssislər müəyyən ediblər ki, Çernobıl canavarları həyatları boyu hər gün 11,28 milliberdən çox radiasiyaya məruz qalırlar. Bu, adi bir işçi üçün qanuni təhlükəsizlik limitindən altı dəfə artıqdır.

Məqalədə qeyd olunur ki, itlərin və canavarların orqanizmləri xərçənglə insan orqanizmi ilə eyni şəkildə mübarizə aparır. Tədqiqat xərçəngdən sağ qalma şansını artıran qoruyucu mutasiyaları müəyyən etməli idi, lakin Lav və onun həmkarları pandemiya və Ukrayna ilə Rusiya Federasiyası arasındakı münaqişə səbəbindən Çernobıl AES-i tərk etmək məcburiyyətində qalıblar.

Mənbə: octagon.media

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri