15 
Fev
2024
05:02
19
91
4170
Virtual karabakh

Kanadada gəlindən qeyri-adi hərəkət: Qonaqlar pul vermədiyi üçün görün nə etdi

15 Fev, 2024
05:02
4170

Kanadada gəlindən qeyri-adi hərəkət: Qonaqlar pul vermədiyi üçün görün nə etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kanadada qonaqlar 1500 dollar (2550 manat - red.) ödəməkdən imtina etdikləri üçün gəlin toyunu ləğv edib.

Qadının sözlərinə görə, o, dostlarından və ailəsindən belə bir hərəkət gözləmirmiş.

Syuzan adlı qadın bildirib ki, qonaqlar bayramdan bir neçə gün əvvəl ona toyda iştirak üçün pul verməyəcəklərini deyiblər. Bundan sonra Syuzan ailəsini və dostlarını bayramı korlamaqda günahlandırıb və toyu ləğv edib. Bundan əlavə, nişanlısı ilə də ayrılıb.

Syuzan əlavə edib ki, özü bilərəkdən qonaqlardan pul istəyib. O qeyd edib ki, bu vəsait ziyafətin ödənilməsinə sərf olunacaqmış.

“Müvafiq pul vəsaiti olmadan xəyal etdiyimiz toyu necə keçirə bilərdik?”, - deyə qadın təəccüblə bildirib.

Mənbə: Independent

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri