Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Amerika Kuboku: İlk finalçı bəlli oldu
Amerika Kubokunun yarımfinal mərhələsində Kanada ilə üz-üzə gələn Argentina inamlı qələbəyə sevinib.
Oxu.Az xəbər verir ki, gərgin və maraqlı futbol tamaşası vəd edən görüşdə hesab 22-ci dəqiqədə açılıb. Xulian Alvares Rodriqonun ötürməsindən sonra dəqiq oynayıb - 1:0. Nominal meydan sahibləri məğlubiyyətdən xilas olmaq üçün çox çalışsalar da, ilk hissə bu hesabla başa çatıb. Fasilədən sonra da üstünlüyünü davam etdirən argentinalılar fərqi artırıblar. 51-ci dəqiqədə Lionel Messi görüşün yekun nəticəsini müəyyənləşdirib - 2:0.
Qeyd edək ki, Argentina millisi finalda Uruqvay-Kolumbiya cütünün qalibi ilə qarşılaşacaq.
Anar Həsənov
"Lionel Messi" teqi üzrə xəbərlər
- "Çelsi"nin əfsanəsindən Messiyə GÖZLƏNİLMƏZ məsləhət
- Messi bu mövsüm ilk dəfə ardıcıl iki oyunda meydançanı qolsuz və məhsuldar ötürməsiz tərk edir
- Messi fanatların düşmənçiliyindən şikayətlənib
- Messi ən perspektivli 10 futbolçunu seçdi, aralarında türk də var
- Messi: "Qvardiola "Barselona"dakı işi ilə futbola böyük ziyan vurub"