18 
Fev
2024
03:53
137
46
5143
Virtual karabakh

Poladdan hazırlanan “Tesla Cybertruck” paslanmağa başladı - FOTO

18 Fev, 2024
03:53
5143

Poladdan hazırlanan “Tesla Cybertruck” paslanmağa başladı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avtomobil sənayesinin yeni məhsulu - paslanmayan poladdan hazırlanan “Tesla Cybertruck” ABŞ yollarında bu yaxınlarda peyda olmasına baxmayaraq, artıq paslanmağa başlayıb.

Bu barədə istifadəçilər sosial şəbəkələrdə fotolar paylaşıblar. Onların sözlərinə görə, cəmi iki ay sonra avtomobildə narıncı pas ləkələri görünməyə başlayıb.

Qeyd edək ki, “Tesla”nın istifadəçi təlimatında “Cybertruck” sahiblərinə korroziya reaksiyasına səbəb ola biləcək hər hansı maddələrdən istifadə qadağan edilib. Bu siyahıya yağ, piy, quş zılı, ağac şirəsi, ölü həşəratlar, qudron ləkələri, yol duzu və digər maddələr daxildir.

Mənbə: “Koroçe” “Telegram” kanalı

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri