22 
Fev
2024
12:00
15
166
3834
Virtual karabakh

İranda etirazlarda öldürülən yeniyetmə qızla bağlı dəhşətli faktlar üzə çıxdı - FOTO

22 Fev, 2024
12:00
3834

İranda etirazlarda öldürülən yeniyetmə qızla bağlı dəhşətli faktlar üzə çıxdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranda 2022-ci il ümumxalq etirazlarında repressiv rejim tərəfindən öldürülən yeniyetmə Nika Şahkərəmi ilə bağlı yeni faktlar üzə çıxıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Məlumata görə, molla rejiminə qarşı fəaliyyət göstərən “Əlinin ədaləti” adlı haker qrupu yeniyetmə qıza ölümündən öncə İran rejiminin mühafizə orqanı qüvvələri tərəfindən təcavüz edildiyini açıqlayıb.

Bununla bağlı sözügedən haker qrupu İranın Məhkəmə Tibbi Ekspertiza Təşkilatının “Çox məxfi” hesabatını internetdə paylaşıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri