22 
Fev
2024
21:44
161
44
972
Virtual karabakh

Latviya Rusiya və Belarusdan kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyub

22 Fev, 2024
21:44
972

Latviya Rusiya və Belarusdan kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Latviya Seymi (parlamenti) Baltikyanı ölkəyə istehlak üçün Rusiya və Belarusdan kənd təsərrüfatı və yem məhsullarının idxalına qadağa qoyub.

Bu barədə ölkənin qanunverici orqanı məlumat yayıb.

“Kənd təsərrüfatı və kənd yerlərinin inkişafı haqqında qanuna qəbul edilmiş dəyişikliklər Latviyaya istehlak üçün Rusiya və Belarusdan kənd təsərrüfatı və yem məhsullarının idxalına qadağa qoyur”, - Seymin saytında yerləşdirilən məlumatda qeyd olunub.

Dəyişikliklərə əsasən, məhsullar, Rusiya və Belarusda istehsal olunubsa, üçüncü ölkələrdən də idxal edilə bilməz. Qadağa Latviya vasitəsilə Aİ-nin digər ölkələrinə gedən məhsullara deyil, Latviyada qalan məhsullara şamil edilir.

Seym hökumətə iki həftə ərzində qadağanın tətbiqi qaydalarını hazırlamağı tapşırıb.

Mənbə: kp.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri