22 
Fev
2024
23:25
149
54
3072
Virtual karabakh

Rusiya ABŞ-yə nota göndərdi

22 Fev, 2024
23:25
3072

Rusiya ABŞ-yə nota göndərdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın ABŞ-dəki səfirliyi Prezident Co Baydenin Rusiya lideri Vladimir Putinə qarşı təhqiramiz ifadələr səsləndirməsi ilə əlaqədar ABŞ Dövlət Departamentinə etiraz notası göndərib.

Bu barədə jurnalistlərə Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov məlumat verib.

“Dövlət Departamenti işə başlayan kimi biz ABŞ rəhbərliyinin Rusiya prezidentinə qarşı təhqirlərinin hədsiz xarakteri və yolverilməzliyi ilə bağlı sərt etiraz notası göndərdik”, - səfirin Rusiya diplomatik missiyasının “Telegram” kanalı vasitəsilə yaydığı bəyanatda deyilir.

Onun sözlərinə görə, ABŞ çətin ki, sadə üzrxahlıqla vəziyyəti həll etsin.

“Mövcud vəziyyəti sadə üzrxahlıqla həll etmək mümkün deyil. Həm də ABŞ hakimiyyəti bunu etməyəcək”, - bəyanatda bildirilir.

Antonov ABŞ-də seçkilər yaxınlaşdıqca bu cür insidentlərin adi hala çevrildiyini vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri