25 
Fev
2024
02:32
136
46
966
Virtual karabakh

London Kiyevə 245 milyon funt-sterlinq vəsait ayıracaq

25 Fev, 2024
02:32
966

London Kiyevə 245 milyon funt-sterlinq vəsait ayıracaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniya gələn il ərzində Ukraynaya sursat almaq və onun istehsalı üçün tədarük zəncirlərini artırmaq üçün 245 milyon funt-sterlinq (təxminən 311 milyon dollar) məbləğində yardım paketi ayıracaq.

Bu barədə Britaniya Müdafiə Nazirliyinin İngiltərə hökumətinin saytında dərc olunmuş bəyanatında məlumat verilib.

“Böyük Britaniya gələn il ərzində Ukrayna üçün son dərəcə ehtiyac duyulan artilleriya sursatlarının alınması və tədarük zəncirlərinin gücləndirilməsi üçün 245 milyon funt-sterlinq xərcləyəcək”, - deyə bəyanatda bildirilib. 

Qeyd olunub ki, yeni maliyyə paketi Kiyevin artilleriya sursatları ehtiyatlarını artıracaq.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri