27 
Fev
2024
15:16
448
17
2610
Virtual karabakh

Quranı yandıran gənc Çeçenistanda cəzalandırıldı - FOTO

27 Fev, 2024
15:16
2610

Quranı yandıran gənc Çeçenistanda cəzalandırıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çeçenistanda Qroznı məhkəməsi Quranı yandırmaqda ittiham edilən Nikita Juraveli 3,5 il müddətinə azadlıqdan məhrum edib.

Bu barədə TASS-ın müxbiri məhkəmə zalından məlumat verib.

Məhkəmə gəncin cəzasını ümumi rejimli islah koloniyasında çəkməsinə qərar verib.

Universitet tələbəsi olan Juravel dindarların hisslərini təhqir etməkdə və dini nifrətdən qaynaqlanan xuliqanlıqda ittiham olunub.

İstintaq məlumatlarına görə, 2023-cü ilin mayında 19 yaşlı rusiyalı gənc Volqoqrad şəhərinin Povorinskaya küçəsində yerləşən Cümə məscidinin ərazisində müsəlmanların müqəddəs kitabını yandırıb, öz hərəkətlərini telefonla lentə alıb və sonra “Telegram” kanallarında paylaşıb. Nəticədə gənc saxlanılıb.

Mayın 27-də Juravel Volqoqraddan Qroznı istintaq təcridxanasına aparılıb.

2023-cü ilin oktyabrında Çeçenistan rəhbəri Ramzan Kadırov Juravellə görüşünün videosunu paylaşıb. Kadrlarda Juravel islamı qəbul etmək istəyindən danışır, buna cavab olaraq Çeçenistan rəhbəri bunun ürəkdən olmadığını bildirir.

Bu görüşdən sonra isə Kadırovun oğlu Adəmin saxlanılan şəxsi döydüyü barədə məlumatlar yayılıb. Ramzan Kadırov bu məlumatı təsdiqləyib və döyülmə videosunu yayımlayıb. O, oğlunun hərəkətindən qürur duyduğunu qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri