Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Kadırov məhbusu döyən oğluna haqq qazandırdı
Çeçenistan rəhbəri Ramzan Kadırov Qroznıda həbsdə olan Nikita Juravelin döyülməsinin videoyazısını öz sosial şəbəkə səhifəsində paylaşıb.
O, məhbusun oğlu Adam Kadırov tərəfindən döyüldüyünü etiraf edib və gəncin hərəkətinə haqq qazandırıb.
“Döyüb və düzgün edib. Üstəlik, mən hesab edirəm ki, hər hansı bir müqəddəs kitaba qəsd edən, o cümlədən onu nümayişkaranə şəkildə yandıran və bununla da böyük ölkəmizin on milyonlarla vətəndaşını təhqir edən hər kəs ağır cəza almalıdır”, Ramzan Kadırov yazıb.
Xatırladaq ki, Juravel Quranın yandırılmasına görə həbs olunub.
Ən çox oxunanlar
Rəylər