28 
Fev
2024
07:46
99
9
3568
Virtual karabakh

Dünyanın ən səs-küylü balığı müəyyən olundu - FOTO/VİDEO

28 Fev, 2024
07:46
3568

Dünyanın ən səs-küylü balığı müəyyən olundu - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Okeanın ən səs-küylü balığı müəyyən edilib.

Alman elm adamları aparılan araşdırmalardan sonra, bu balığın uzunluğu cəmi 12 millimetr olan “Danionella serebrum”u olduğu qənaətinə gəliblər.

Əslində, bu məsələ tam təsadüfən ortaya çıxıb. Belə ki, alimlər laboratoriyada akvariumdan gələn sirli tıqqıltı səslərini eşidiblər və bunun mənşəyini araşdırmağa başlayıblar.

Məlum olub ki, bu səs kiçik, şəffaf balıqdan gəlir, o, üzmə kisəsi vasitəsilə bu səsi çıxardır. Müşahidələr göstərib ki, “Danionella serebrum” çox kiçik ölçüsünə baxmayaraq, suda 140 desibel həcmində səs çıxarmağa qadirdir - bu, çəkic zərbəsinin səsi, yaxud silahdan açılan atəş səsi ilə müqayisə edilə bilər.

Tədqiqatçılar belə nəticəyə gəliblər ki, “Danionella serebrum” indiyə qədər kəşf edilmiş ən səs-küylü dəniz balığıdır.

Mənbə: Focus.ua

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri