28 
Fev
2024
08:48
14
124
1758
Virtual karabakh

Peruda təhlükəli virus yayılır: Fövqəladə vəziyyət elan edildi

28 Fev, 2024
08:48
1758

Peruda təhlükəli virus yayılır: Fövqəladə vəziyyət elan edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Peru hakimiyyəti ölkənin 25 regionundan 20-də denge virusunun yayılması səbəbindən fövqəladə vəziyyət elan edib.

Qeyd olunub ki, istilər və güclü yağışlar yoluxma hallarının kəskin artmasına səbəb olub.

Səhiyyə naziri Sezar Vaskes bildirib ki, ilin əvvəlindən bu yana 32 nəfər virusdan ölüb. O qeyd edib ki, hazırda ölkənin şimalındakı əksər xəstəxanalar artıq dolublar.

Vaskes izah edib ki, ölkədə indi ağcaqanadlar üçün ideal hava şəraiti var və buna görə də onlar daha tez çoxalırlar. Rəsmi məlumatlara görə, keçən il Peruda denge qızdırmasından 269 min nəfər xəstələnib, 428 nəfər isə ölüb.

Qeyd edək ki, Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən dünyaca məşhur karnaval ərəfəsində tropik denge qızdırması epidemiyası yayılmışdı. Braziliyada bu ilin ilk ayından etibarən 362 nəfər bu xəstəliyə yoluxaraq xəstəxanaya yerləşdirilib.

Mənbə: Reuters

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri