29 
Fev
2024
17:38
118
12
1991
Virtual karabakh

Britaniyadan qəribə qərar: 70 qırıcını daşıya bilən gəmini satır? - FOTO

29 Fev, 2024
17:38
1991

Britaniyadan qəribə qərar: 70 qırıcını daşıya bilən gəmini satır? - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniya “HMS Prince of Wales” təyyarədaşıyan gəmisini konservasiya etmək və ya ümumiyyətlə, dost ölkəyə endirimli qiymətlə satmaq imkanını nəzərdən keçirir.

Bu barədə Kral Hərbi Dəniz Qüvvələrindəki mənbələrdən məlumat verilib.

Qeyd edilib ki, büdcə təklifində müdafiə xərclərinin əhəmiyyətli dərəcədə artırılmasının nəzərdə tutulmadığı barədə xəbərlərdən sonra belə bir fikir ortaya atılıb. Belə ki, nəhəng dəniz qurumlarının planlaşdırma qruplarının üzvləri tərəfindən belə bir ssenarinin müzakirə edilməsinə başlanılıb.

“Əgər biz büdcə problemlərini həll etmək istəyiriksə, o zaman təyyarədaşıyan gəmidən qurtulmalı və ya onu məsələn, AUKUS-dan (Avstraliya, Böyük Britaniya və ABŞ-nin üçtərəfli hərbi ittifaqı. - red.) olan bir müttəfiqimizə verə bilərik”, - deyə mənbə bildirib.

Qeyd edək ki, qiyməti 3,6 milyard dollar olan “HMS Prince of Wales” təyyarədaşıyan gəmisi Kral Dəniz Qüvvələrinin flaqmanıdır və 2019-cu ilin dekabrında istismara verilib. Gəminin göyərtəsində 36 ədəd şaquli enişli “F-35B” qırıcı təyyarəsini, həmçinin, dörd helikopteri daşımaq üçün nəzərdə tutulub. Lakin lazım gələrsə, 70-ə yaxın qırıcı təyyarəni qəbul etməyə qadirdir.

Mənbə: “The Daily Mail”

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri