Mar
2024
03:17
114
66
11927
Virtual karabakh

Ən böyük nüvə silahı arsenalına malik ölkə açıqlanıb

1 Mar, 2024
03:17
11927

Ən böyük nüvə silahı arsenalına malik ölkə açıqlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Rusiya bütün dünyada ən böyük və ən müxtəlif nüvə arsenalına malikdir”.

Bunu ABŞ Silahlı Qüvvələrinin Strateji Komandanlığının rəhbəri general Entoni Kotton bəyan edib.

Onun sözlərinə görə, bu qənaətə gəlməyə səbəb keçən il Rusiya Federasiyası ordusunun “RS-28 Sarmat” qitələrarası ballistik raketi arsenalına qəbul etməsi olub.

“Bundan əlavə, Rusiya qanadlı raketləri daşıyan nüvə sualtı qayıqlarını yaratmağa və qəbul etməyə davam edir. O, öz nüvə potensialını müasirləşdirir və genişləndirir”.

Pentaqon rəsmisi əlavə edib ki, Rusiyanın nüvə arsenalına müxtəliflik və çeviklik əlavə edən “Kinjal” və “Zirkon” hipersəs raket sistemləri də daxildir.

Mənbə: stratcomcoe.org

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri