29 
Fev
2024
23:16
209
7
1498
Virtual karabakh

Qazaxıstan Qırğızıstana yardım üçün iki min ton dizel yanacağı göndərib

29 Fev, 2024
23:16
1498

Qazaxıstan Qırğızıstana yardım üçün iki min ton dizel yanacağı göndərib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazaxıstan hökuməti Bişkek istilik elektrik stansiyasında (İES) baş vermiş qəza ilə əlaqədar Qırğızıstana humanitar yardım olaraq iki min ton dizel yanacağı göndərib.

Bu barədə məlumatı Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti yayıb.

Qeyd olunur ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin tapşırığına əsasən göndərilən yanacaq “Rezerv” Respublika Dövlət Müəssisəsinin “Zarya” filialından ilkin partiyada min ton həcmində olmaqla 17 vaqon-sisternlə yola salınıb.

Humanitar yük Qırğızıstanın Energetika Nazirliyinin nümayəndələrinə təhvil verilib.

Xatırladaq ki, Bişkek İES-də qəza fevralın 2-nə keçən gecə baş verib. Partlayışdan sonra köhnə binada yanğın baş verib, yanğın iki saat ərzində söndürülüb. İES-in beş əməkdaşı xəsarət alıb, onlardan üçü xəstəxanaya yerləşdirilib. Qəza vəziyyəti ilə əlaqədar bir sıra məhəllələrə isti su və qismən istilik verilişi dayandırılıb. Fevralın 7-də istilik və isti suyun verilməsi bərpa olunub.

Mənbə: ulysmedia.kz

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri