Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana səfərə gəlib
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə toplantısında iştirak etmək məqsədilə iyulun 6-da Azərbaycana səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, TDT-yə üzv ölkələrin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.
"Şuşa Zirvə görüşü" teqi üzrə xəbərlər
- COP29 ilə əlaqədar Təşkilat Komitəsinin beşinci iclası keçirilib
- Şuşada TDT-yə üzv ölkələrin liderləri Qarabağ Bəyannaməsini imzalayıblar
- 60 saniyədə əsas xəbərlər: 06.07.2024-ün ən mühüm hadisələri
- Macarıstanın baş nazirinin Azərbaycana səfəri başa çatıb
- Özbəkistan prezidentinin Azərbaycana səfəri başa çatıb