60 saniyədə əsas xəbərlər: 06.07.2024-ün ən mühüm hadisələri Foto   Video
06 iyl, 2024 / 19:45 559

60 saniyədə əsas xəbərlər: 06.07.2024-ün ən mühüm hadisələri

Cəmiyyət
Macarıstanın baş nazirinin Azərbaycana səfəri başa çatıb Foto
06 iyl, 2024 / 19:00 2040

Macarıstanın baş nazirinin Azərbaycana səfəri başa çatıb

Siyasət
Özbəkistan prezidentinin Azərbaycana səfəri başa çatıb Foto
06 iyl, 2024 / 18:48 665

Özbəkistan prezidentinin Azərbaycana səfəri başa çatıb

Siyasət
Qazaxıstan prezidentinin Azərbaycana səfəri başa çatıb
06 iyl, 2024 / 18:20 658

Qazaxıstan prezidentinin Azərbaycana səfəri başa çatıb

Siyasət
Şuşada Prezident İlham Əliyevin adından TDT dövlət və hökumət başçılarının şərəfinə nahar verilib
06 iyl, 2024 / 18:18 3182

Şuşada Prezident İlham Əliyevin adından TDT dövlət və hökumət başçılarının şərəfinə nahar verilib

Siyasət
Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana səfəri başa çatıb
06 iyl, 2024 / 18:06 422

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana səfəri başa çatıb

Siyasət
Şuşada TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü: İlham Əliyev tədbirdə çıxış edib Yenilənib    
06 iyl, 2024 / 17:58 1583

Şuşada TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü: İlham Əliyev tədbirdə çıxış edib

Siyasət
Türkiyənin vitse-prezidentinin Azərbaycana səfəri başa çatıb Foto   Video
06 iyl, 2024 / 15:30 991

Türkiyənin vitse-prezidentinin Azərbaycana səfəri başa çatıb

Siyasət
TDT-nin baş katibi Azərbaycana təşəkkür edib
06 iyl, 2024 / 14:30 560

TDT-nin baş katibi Azərbaycana təşəkkür edib

Siyasət
Özbəkistan prezidenti: "Azərbaycanda keçiriləcək COP29 ciddi tarixi hadisə olacaq"
06 iyl, 2024 / 14:18 370

Özbəkistan prezidenti: "Azərbaycanda keçiriləcək COP29 ciddi tarixi hadisə olacaq"

Siyasət
Azərbaycan Prezidenti: "Enerji sahəsində strateji tərəfdaşlığımız çox əhəmiyyətlidir"
06 iyl, 2024 / 14:17 146

Azərbaycan Prezidenti: "Enerji sahəsində strateji tərəfdaşlığımız çox əhəmiyyətlidir"

Siyasət
Prezident: "Türk İnvestisiya Fondu vasitəsilə bir çox sahələrdə birgə layihələrə sərmayə qoyulacaq"
06 iyl, 2024 / 14:15 208

Prezident: "Türk İnvestisiya Fondu vasitəsilə bir çox sahələrdə birgə layihələrə sərmayə qoyulacaq"

Siyasət

"Şuşa Zirvə görüşü" teqi üzrə xəbərlər

Türk Dövlətləri Təşkilatının dövlət başçılarının Şuşada qeyri-rəsmi Zirvə görüşünün (Şuşa Zirvə görüşü) keçirilməsi ilə bağlı qərar ötən ilin noyabrında Astanada TDT-nin "Türk Əsri" çağırışı altında keçirilən 10-cu yubiley Zirvə görüşündə verilib. Bu, bir daha ölkəmizin türk dövlətləri ilə münasibətlərə necə böyük əhəmiyyət verdiyini göstərir.

Türkdilli dövlət başçılarının Qarabağa səfərlərinin vacib protokol qaydasına çev­rilməsi ilə yanaşı, qardaş ölkələrin Azər­baycanın bu dilbər məkanında özlərindən nişanə, həmrəylik əlaməti, xalqımıza hə­diyyə olaraq müxtəlif təyinatlı təhsil və mədəniyət obyektlərini inşa etmələri də artıq ənənə halını alıb. Bu ənənə, həmçi­nin bölgəyə daha çox xarici investisiyanın cəlb olunmasını təşviq edir. Beynəlxalq təcrübədən məlumdur ki, xarici investor­lar təhlükəsizliyə xüsusi önəm verirlər. Çünki onlar qoyduqları kapitalın risklərlə üzləşməsini istəmirlər. Azərbaycanın iş­ğaldan azad olunmuş ərazisində Şuşa Zirvə görüşü kimi tədbirlərin keçirilməsi Qarabağın investisiyalar üçün cəlbedici bölgə oldu­ğunu əyani şəkildə nümayiş etdirir.

Bu gün Şuşada Türk Dövlətləri Təşkilatının tarixində yeni bir ənənənin əsası qoyulur. Belə ki, bu il ilk dəfə olaraq TDT-yə üzv dövlətlərin başçıları qeyri-rəsmi Zirvə görüşündə bir araya gəlirlər. Artıq yalnız rəsmi deyil, eyni zamanda, qeyri-rəsmi Zirvə toplantısının keçirilməsi ölkələrimiz arasında əməkdaşlığın və tərəfdaşlığın daha da dərinləşməsinə xidmət göstərən amil kimi qiymətləndirilməlidir. Zirvə toplantısının həsr edildiyi nəqliyyat, əlaqələr, iqlim dəyişikliyi kimi çox vacib mövzular sözügedən sahələr üzrə türk dövlətləri arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini bir daha vurğulayır. Tədbir Türk Dövlətləri Təşkilatının gündəliyində duran məsələlərin dövlət və hökumət başçıları səviyyəsində müzakirəsi və reallaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Əminliklə deyə bilərik ki, Şuşa Zirvə görüşü Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında əməkdaşlıq əlaqələrinin və inteqrasiyanın daha da gücləndirilməsi, həmin ölkələrlə bağlı vacib məsələlərin müzakirəsi üçün mühüm platforma olacaq.