Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"X"in dizaynında inqilabi dəyişiklik: Bəyənmə və şərh bölmələri ləğv olunur
"X" platformasının dizaynında ciddi dəyişikliklər edilməsi gözlənilir.
Belə ki, yeniləmədən sonra bəyənmə, repost və şərh bölmələri postda görünməyəcək.
İstifadəçilər paylaşımı bəyənmək üçün postu sola, şərh yazmaq və yenidən paylaşmaq üçün isə sağa sürüşdürəcəklər.
Bundan başqa paylaşımda repost, bəyənmə və cavab sayları da çıxarılacaq.
Qeyd edək ki, "X"də dizayn dəyişikliyi barədə ilk dəfə "MacRumors"dan tədqiqatçı Aaron Perris xəbər verib. Sonradan "X"in sahibi İlon Mask dəyişikliklərin həyata keçiriləcəyini təsdiqləyib.
Mənbə: TRT Haber
"X sosial şəbəkəsi" teqi üzrə xəbərlər
Ən çox oxunanlar