Mar
2024
01:34
66
129
1879
Virtual karabakh

Polşalı fermerlər sərhəddə Ukrayna hərbçilərinin texnikalarının qarşısını kəsirlər - VİDEO

4 Mar, 2024
01:34
1879

Polşalı fermerlər sərhəddə Ukrayna hərbçilərinin texnikalarının qarşısını kəsirlər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Polşalı fermerlər sərhəddə Ukrayna hərbçilərinin texnikalarının qarşısını kəsirlər.

Bu barədə ukraynalı könüllülər məlumat verib.

Onlar həmçinin qeyd ediblər ki, fermerlər avtomobillərin şüşələrini sındırırlar.

Ukrayna Dövlət Sərhəd Xidmətinin məlumatına görə, polşalı etirazçılar Ukrayna sərhədində bütün altı istiqaməti bağlayıblar. Ən uzun növbə “Krakovets” və “Yaqodin” nəzarət-keçid məntəqələrindədir. Ümumilikdə, Polşada Ukraynaya doğru bütün bu marşrutlarda 2400-dən çox yük maşını növbə gözləyir.

Polşalı fermerlərin sərhədi blokadaya alması səbəbindən əvvəllər Polşada ilişib qalan Ukrayna daşıyıcıları əvvəllər etdikləri kimi etiraz aksiyası keçirmək və yollardan birini bağlamaq istəsələr də, Polşa hüquq-mühafizə orqanları onlara icazə verməyib. Sürücülərlə polis arasında münaqişə yaranıb, bundan sonra ukraynalılar Ukrayna himnini oxumağa başlayıblar.

Mənbə: strana.ua

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri