Mar
2024
15:40
242
26
4402
Virtual karabakh

Ukrayna kəşfiyyatı Rusiyanın milyonlarla dollarlıq gəmisini məhv etdiyi görüntüləri paylaşdı - FOTO/VİDEO

5 Mar, 2024
15:40
4402

Ukrayna kəşfiyyatı Rusiyanın milyonlarla dollarlıq gəmisini məhv etdiyi görüntüləri paylaşdı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Qara Dəniz Donanmasının tərkibində olan “Sergey Kotov” patrul gəmisini məhv edib.

Xüsusi əməliyyat Krımda “Magura V5” dəniz dronları vasitəsilə həyata keçirilib.

Bununla bağlı görüntülər Ukrayna Baş Kəşfiyyat İdarəsi tərəfindən yayımlanıb.

“Magura V5” dəniz dronları Kerç boğazı yaxınlığında “Sergey Kotov” gəmisini görüb və gəminin arxa, sancaq və sol tərəflərinə zərbə endirib. Nəticədə gəmidə yanğın başlayıb.

Ukrayna Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, batmış gəminin dəyəri təxminən 65 milyon dollar təşkil edir.

Xatırladaq ki, martın 5-nə keçən gecə Krımda partlayışlar baş verib. Səhər saatlarında isə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiyanın “Sergey Kotov” gəmisinin məhv edildiyini təsdiqləyib.

Mənbə: UKR.net

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri