Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Rusiya dövlət şirkətinin erməni meneceri həbs olundu
Rusiyada məhkəmə "Rosnano" şirkətinin keçmiş icraçı direktor müavini, maliyyə şöbəsinə rəhbərlik edən Artur Qalstyanı vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə həbs edib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-a məhkəmənin Mətbuat Xidməti məlumat verib.
"Moskvanın Meşçanski Rayon Məhkəməsi ibtidai istintaq orqanlarının Artur Genrikoviç Qalstyan barəsində 1 ay 28 gün müddətinə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətini təmin edib", - mətbuat xidməti bildirib.
İstintaqın məlumatına görə, 2017-ci ildə şirkətin qeyri-qənaətbəxş fəaliyyətini gizlətmək məqsədilə təqsirkar şəxs maliyyə öhdəliklərinin yenidən təsnifləşdirilməsi üçün qanunsuz hərəkətlər edib. O, təhrif olunmuş maliyyə hesabatlarından istifadə edərək, guya qənaətbəxş maliyyə vəziyyəti haqqında yalan məlumat verib. Bu, dövlət zəmanətlərinin geri götürülməsinin qarşısını almağa və əlavə vəsait cəlb etməyə imkan yaradıb. Nəticədə, 2022-2024-cü illərdə dövlət şirkətə 43 milyard rubldan çox vəsait ayrılıb.
"Rusiya Federasiyası" teqi üzrə xəbərlər
- Rusiyada naməlum şəxs uşaq bağçasında odlu silahdan atəş açdı: Yaralanan var
- Avropa Rusiyaya qarşı genişmiqyaslı silahlanmaya hazırlaşır
- Kolinda Qrabar-Kitaroviç: "Atəşkəs beynəlxalq hüquqa əsaslanmalıdır"
- Uşakov Ukraynanın NATO-ya daxil olmasına Rusiya və ABŞ-nin münasibətini açıqladı
- Fransa parlamenti Rusiyaya qarşı qətnamə qəbul etdi