Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Saatlıda 66 yaşlı kişi itkin düşüb
Saatlı sakini itkin düşüb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan Oxu.Az-a verilən məlumata görə, Saatlı rayon sakini, 1959-cu il təvəllüdlü Seyidov Mirhəsən Mirabdulla oğlu yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
M.Seyidovun əlamətləri belədir: boyu 162 sm, orta bədən quruluşlu, saçları ağ, gözlərinin rəngi qəhvəyidir.
Evdən çıxan zaman üzərində qara rəngli palto, qara rəngli şalvar və qara rəngli ayaqqabı olub.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in 102 Xidmətinin Zəng Mərkəzinə və ya Saatlı Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur.
"İtkin düşmüş şəxslər" teqi üzrə xəbərlər
- Evdən qaçdıqları deyilən qızlarla bağlı yeni məlumat: Üçüncüsü də TAPILDI
- Ötən gün 48 cinayətin üstü açılıb
- Lənkəranda itkin düşən balıqçının meyitini İranda tapan şəxs danışdı
- Bakıda itkin düşən üç azyaşlı rəfiqədən biri sığınacağa yerləşdirildi - İLGİNC DETAL
- Azərbaycanda itkin düşən 14 nəfər bir gündə tapıldı