Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Göyçayda mənzildə meyiti aşkarlanan qadının kimliyi məlum oldu
Göyçayda mənzildə meyiti aşkarlanan qadının kimliyi məlum olub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, cansız bədəni aşkarlanan qadın 1960-cı il təvəllüdlü Göyçay şəhər sakini Məhəbbət Əlihüseyn qızı Rəsulovadır.
Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Göyçayda mənzildə meyit aşkarlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Göyçay şəhərində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.