Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Yasamalda vətəndaşın evini başına uçuran "Melissa Group"un rəhbəri SAXLANILDI
"Melissa Group" şirkətinin rəhbəri Qalib Məmmədov saxlanılıb.
Oxu.Az xəbər verir ki, şirkət rəhbəri Yasamal rayonunda söküntü işi əlaqədər cinayət işi çərçivəsində dünən axşam saatlarında saxlanılıb.
Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən təsdiqləyiblər.
Qeyd edək ki, ötən gün saat 11 radələrində "Melissa Group" şirkətinin əməkdaşları Yasamal rayonu, Alatava ərazisində yaşayış evini içərisində sakinlər olmasına baxmayaraq, qanunsuz şəkildə sökməyə cəhd ediblər. Hadisə nəticəsində üç nəfər xəsarət alıb.
Faktla bağlı söküntü işləri aparan şirkətin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb, cinayət işi açılıb.

Məhərrəm Əliyev
"Melissa Group" teqi üzrə xəbərlər
- Uzunqulaq əti insanlara qida kimi təklif edilir? - Xəbərlərin 20:00 buraxılışı
- Vətəndaşın evini başına uçurdan "Melissa Group"un rəhbəri Qalib Məmmədovu hansı cəza gözləyir?
- Söküntü zamanı kompensasiya: Qiyməti kim və necə müəyyən edir?
- Evi başına uçurdulan vətəndaş şirkətdən 2 MİLYON MANAT istəyib?