Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Belarusun nüvə silahını nə vaxt istifadə edəcəyi açıqlandı
"Minsk və Moskva özlərinə qarşı hər hansı bir təcavüzə cavab vermək üçün bütün hərbi imkanlarını istifadə edəcəklər".
Oxu.Az-ın "BelTA"ya istinadən verdiyi məlumata görə, Belarus Prezidenti Aleksandr Lukaşenko bunu amerikalı bloqer Mario Naufal ilə müsahibəsində bəyan edib.
"Belarus və Rusiyaya qarşı təcavüz edilərsə, o zaman mübarizə üçün bütün metodlar tətbiq ediləcək", - deyə Lukaşenko bildirib.
Eyni zamanda, Lukaşenko Minsk və Moskvanın dərhal təcavüzə nüvə silahı ilə cavab verməsinin qeyri-mümkün olduğunu qeyd edib.
"Çoxlu digər metodlar da - həm diplomatik, həm güc, adi silahlar və s. mövcuddur axı. Həmçinin "Oreşnik" (raket kompleksi və adını daşıyan orta mənzilli ballistik raket) və sair var. Heç kim nüvə düyməsinə əl atmayacaq. Amma təhdid son dərəcə böyük olarsa, bu silahın mövcud olma səbəbi məhz onu tətbiq etməkdir. Eyni şeyi ABŞ də edəcək", - deyə Belarus prezidenti vurğulayıb.
"Nüvə silahı" teqi üzrə xəbərlər
- Vens ABŞ prezidentinin Polşanın nüvə silahı istəyinə cavabını açıqladı
- Polşa prezidenti ABŞ-dən nüvə silahı istədi
- Tramp bəşəriyyət üçün ən böyük təhlükədən danışıb
- ABŞ-nin ən yeni nüvə başlıqları Avropaya göndərilib
- BAEA rəhbəri Makronu qınadı: "Bir neçə il əvvəl belə müzakirələr tabu hesab olunardı"