Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

ABŞ-nin ən yeni nüvə başlıqları Avropaya göndərilib
ABŞ-yə məxsus son nəsil nüvə başlıqları Avropaya gətirilib.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ və Norveçdəki mənbələrə istinadən İtaliyanın "Fatto Quotidiano" qəzeti məlumat verib.
Qeyd olunur ki, məlumatlar silahların yayılmaması və silahlara nəzarət müqavilələrinə əməl olunmasına nəzarət edən təşkilatlardan əldə edilib.
Hazırda Avropada beş ölkədə: İtaliyada Aviano və Gedi bazalarında, həmçinin Almaniya, Niderland, Belçika və Türkiyədə 100 ABŞ nüvə başlığının olduğu bildirilir.
Bu yaxınlarda amerikalılar bu ölkələrdə müxtəlif gücə malik ən son "B61-12" döyüş başlıqlarını quraşdırmalı idilər. Onlar yüksək dəqiqlik və aşağı partlayış gücünə malikdirlər - Hirosimaya düşən bomba ilə müqayisədə 50 dəfə az. Bu cür döyüş başlıqları nisbətən məhdud ərazidə adi qüvvələri dəstəkləmək üçün nəzərdə tutulub.
"Nüvə silahı" teqi üzrə xəbərlər
- BAEA rəhbəri Makronu qınadı: "Bir neçə il əvvəl belə müzakirələr tabu hesab olunardı"
- Belarusun nüvə silahını nə vaxt istifadə edəcəyi açıqlandı
- ABŞ-nin vitse-prezidenti: "Tramp İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək"
- Kim Çen In nüvə silahından istifadəyə hazır olmaq üçün çağırış edib
- ABŞ nüvə silahının sınaqlarını tezliklə bərpa edə bilər