Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Hikmət Hacıyev Britaniyanın rəsmi şəxsləri ilə görüşüb
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Londonda Böyük Britaniyanın Avropa, Şimali Amerika və Xarici Ərazilər üzrə dövlət naziri Stiven Doutin ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov "X"də paylaşım edib.

Görüşdə Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlığının dərinləşdirilməsi müzakirə mövzusu olub.
H.Hacıyev həmçinin Böyük Britaniyanın Milli Təhlükəsizlik müşaviri Conatan Pauell ilə də görüşüb. Görüşdə güclü Azərbaycan-Böyük Britaniya ikitərəfli tərəfdaşlığı və regional inkişaflar haqqında çox səmərəli müzakirə aparılıb.
"Hikmət Hacıyev" teqi üzrə xəbərlər
- Hikmət Hacıyev Britaniya Müdafiə Nazirliyinin dövlət naziri ilə görüşüb
- Hikmət Hacıyev: "Ermənistan davamlı sülh üçün ədliyyə prosesi ilə əməkdaşlıq etməlidir"
- Azərbaycan-Türkiyə heyətləri birgə iftar süfrəsində iştirak ediblər
- Hikmət Hacıyev Ankaradan paylaşım edib
- Hikmət Hacıyev Fələstin səfiri ilə görüşdü