Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Ermənistan və Niderland strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıblar
Ermənistan və Niderland strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıblar.
Oxu.Az-ın "Sputnik"ə istinadla verdiyi məlumata görə, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İrəvanda niderlandlı həmkarı Kaspar Veldkampla danışıqlardan sonra jurnalistlərə bildirib.
Mirzoyan bunu ikitərəfli münasibətlərdə "yeni mərhələ" adlandıraraq, bunun rəmzi və eyni zamanda, öhdəlik yaradan sənəd olduğunu bildirib.
Bəyannamə siyasi və iqtisadi dialoqla yanaşı, Cənubi Qafqazda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi, regional və beynəlxalq nəqliyyat əlaqələrinin aktivləşdirilməsi istiqamətində birgə səyləri nəzərdə tutur.
Nazir bəyannamənin digər bir komponenti kimi kibertəhlükəsizliyin təmin edilməsi, hibrid təhdidlərə qarşı mübarizə üzrə birgə tədbirləri qeyd edib.
"Ararat Mirzoyan" teqi üzrə xəbərlər
- Ararat Mirzoyan: "Ermənistan Hindistan silahlarını almaqda maraqlıdır"
- Qərbi Azərbaycan İcması Ararat Mirzoyana cavab verib
- XİN rəhbərinin müavini Cenevrədə Mirzoyana cavab verib
- Səhnədən çıxmaq istəməyən üçlük - ördək, balıq, xərçəngin "tələs, tələsmə" təklifi
- Azərbaycan və Ermənistan arasında tranzit prosedurları sadələşdirilə bilər