Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Moskvada hava məkanı açıldı: Reyslər BƏRPA OLUNDU
Rusiya Federasiyasının Moskva şəhəri üzərində hava məkanının açılması ilə əlaqədar Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin Bakı-Moskva marşrutu üzrə həyata keçirilən J2-807 (Vnukovo) və J2-181 (Domodedovo) nömrəli reysləri müvafiq olaraq saat 12:25 və 12:35-də yola düşüb.
Oxu.Az bu barədə Azərbaycan Hava Yollarına istinadən xəbər verir.
Rusiya Federasiyasının Moskva şəhəri üzərində hava məkanının bağlanması səbəbindən Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin Bakı-Moskva marşrutu üzrə həyata keçirilən J2-807 (Vnukovo) və J2-181 (Domodedovo) nömrəli reyslərində gecikmələr müşahidə olunur.
Oxu.Az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidməti məlumat yayıb.
Uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə AZAL vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri baş verə biləcək dəyişikliklər barədə mütəmadi olaraq məlumatlandıracaq.
Gecikən reyslərin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunurlar.

"Azərbaycan Hava Yolları QSC (AZAL)" teqi üzrə xəbərlər
- Şəhid övladları üçün Ankarada texnodüşərgə təşkil olunub
- Moskva məhkəməsi AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı QƏRAR VERDİ
- İlham Əliyev Valentina Matviyenkonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
- AZAL Səmərqəndə uçuşları bərpa edir
- AZAL sərnişinlərin rahatlığını artırmaq üçün yeni onlayn xidmətlər təqdim edir