Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İlham Əliyev: "Antoni Blinkenin siyasəti ABŞ-Azərbaycan münasibətlərini heçə endirdi"
"Antoni Blinkenin siyasəti, əslində, ABŞ-Azərbaycan münasibətlərini heçə endirdi".
AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib.
"Biz onilliklərlə həmin münasibətləri qururduq. Biz ABŞ ilə etibarlı, yaxın tərəfdaş idik və onlar bizimlə idi, biz onlara lazım olanda, biz onlarla idik. İraqa gəldikdə biz, bəli, Əfqanıstana gəldikdə, bəli. Biz qeyri-NATO ölkəsi olaraq 2020-ci ildə Əfqanıstandakı əməliyyatlara qoşulduq və biz sonuncu (oranı - red.) tərk edən tərəf olduq", - deyən dövlətimizin başçısı vurğulayıb ki, lakin biz çıxandan sonra onlar bizə sanksiya tətbiq etdilər və bu, Azərbaycanda böyük məyusluq yaratdı.


"İlham Əliyev" teqi üzrə xəbərlər
- Prezident: "ABŞ ilə güclü tərəfdaşlığımızın yenidən qurulmasına nikbin baxırıq"
- Prezident: "Qarabağda olan münaqişə tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir"
- Prezident: "Biz qlobal nizamı olduqca düzgün qiymətləndirirdik"
- Prezident: "Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək təhlükəsizlik mexanizmləri yaratmalıyıq"
- Prezident: "Azərbaycanın gələcəyini öz resursları hesabına qurması baxımından böyük təcrübəsi var"