Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Mingəçevirdə sahibsiz itlər sakinlər üçün ciddi təhlükə yaradırlar
Mingəçevirdə sahibsiz itlər son günlər sakinlər üçün ciddi təhlükə yaradırlar.
Küçə itlərinin uşaqlara hücum etdiyi, 17 saylı məktəbin həyətini özlərinə məskən seçdiyi bildirilir.
"İt 2-ci sinifdə oxuyan nəvəmə hücum edib. Xəstəxanaya aparıb bir neçə iynə vurdurmuşuq. İtlər uşaqları dişləməsələr belə, onlarda yaranan qorxu kifayətdir", - deyə sakin Bəsti Osmanova narazılıq bildirib.
"Məktəbə gediş-gəliş çətinləşib. İtlər artıq nə böyüyə baxırlar, nə də kiçiyə. Keçən dəfə mənə də hücum ediblər. Sahibsiz itlərlə bağlı tədbir görülməsini xahiş edirik. Gərək kiminsə balası bədbəxt ola?!" - deyə başqa bir sakin gileylənib.
Daha ətraflı Baku TV-nin videomaterialında:

"Sahibsiz it problemi" teqi üzrə xəbərlər
- Sahibsiz itlərin artması sakinlərin narahatlığına səbəb olub - Xocəsəndən ŞİKAYƏT
- Sahibsiz itlər Bakıda iki nəfəri DİŞLƏDİ - ŞİKAYƏT
- Rusiyada "itbazları yandırmağa hazıram" deyən deputat mandatından məhrum ola bilər
- Sahibsiz itlər məktəbin həyətində məskən salıb: Uşaqlar təhlükədə
- Sumqayıt sakinlərinin sahibsiz it problemi: "Uşaqlarımızı qorxa-qorxa məktəbə aparırıq"