Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bayram günlərində avtomobillərini texniki müayinədən keçirmək istəyənlərin NƏZƏRİNƏ
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qeyri-iş günlərində xidmətin təşkili ilə bağlı əhaliyə müraciət edib.
Oxu.Az xəbər verir ki, bu barədə BDYPİ məlumat yayıb.
Bildirilib ki, bayramla əlaqədar qeyri-iş günlərində vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə, paytaxtın Sabunçu və Qaradağ rayonları ərazisində yerləşən texniki müayinə mərkəzləri fasiləsiz olaraq, hər gün saat 09:00-dan 23:00-dək fəaliyyət göstərəcək:
"Bununla yanaşı, qeyri-iş günlərində nəqliyyat vasitələri ilə bağlı qeydiyyat hərəkətlərinin aparılması, həmçinin təyin olunmuş imtahanların keçirilməsi prosesində fasiləsizliyin təmin edilməsi üçün BDYPİ-nin Qeydiyyat-imtahan idarəsində, eləcə də regionlarda fəaliyyət göstərən qeydiyyat-imtahan və texniki baxış şöbələrində xidmət saat 09:00-dan 18:00-dək təşkil olunacaq.
Nəqliyyat vasitələrinin sahibləri və sürücülər asudə vaxtlarının çoxluğunu və yaradılmış imkanları dəyərləndirərək istər texniki baxış, istərsə də qeydiyyat-imtahanla bağlı adi iş günlərdə olduğu kimi DYP-nin aidiyyəti qurumlarına müraciət edə bilərlər".
"Sürücülərin nəzərinə" teqi üzrə xəbərlər
- Sükanı sağdan sola keçirilmiş avtomobilləri alan şəxslər ciddi problemlərlə üzləşirlər
- Biləcəridəki yolda sürücülər üçün TƏHLÜKƏLİ VƏZİYYƏT
- Bakının mərkəzi küçəsində TƏHLÜKƏ: Qazılmış yolda NİŞAN QOYULMAYIB
- Avtomobili qəza yerindən uzaqlaşdırmaq qayda pozuntusu hesab edilir?
- BDYPİ-dən dumanlı hava ilə bağlı xəbərdarlıq