Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Biləcəridəki yolda sürücülər üçün TƏHLÜKƏLİ VƏZİYYƏT
Bakı-Sumqayıt yolunda sıxlıq yaranan zaman sürücülər alternativ yol kimi Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi ilə hərəkət etməyə üstünlük verirlər. Amma həmin küçədəki yolayrıcında nizamlanma nişanlarının olmaması təhlükə yaradır.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, sakinlərin sözlərinə görə, avtomobillərin bu yolda sürətlə hərəkət etməsi qəsəbədən çıxan maşınlarla toqquşma riski yaradır. Odur ki, ərazidə tez-tez qəzalar baş verir.
Hər gün burada sürücülərin bir-birinə yol verməməsi, qəfil manevrlər etməsi adi hala çevrilib.
Sürücülər hesab edirlər ki, burada işıqforun quraşdırılması, yol nişanlarının əlavə edilməsi və sürət həddinin məhdudlaşdırılması qəzaların qarşısını ala bilər.
Sürücülər onu da qeyd edirlər ki, son dövrlər bu kəsişmədə bir neçə yol-nəqliyyat hadisəsi baş verib.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, 2025-2030-cu illər ərzində Dövlət proqramında Bakı-Sumqayıt yolunda hərəkətin təşkili ilə bağlı təkliflər hazırlanması və icrası nəzərdə tutulub.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) isə bildirilib ki, ərazidə təhlillər aparılacaq. Təhlillərin nəticəsinə uyğun olaraq müvafiq qərar qəbul ediləcək.
Ətraflı süjetdə:

"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)" teqi üzrə xəbərlər
- Son beş gün ərzində Bakıya region avtovağzallarından 25 mindən çox sərnişin daşınıb
- Nişanlar olmayan yol: Tez-tez qəzalar baş verir
- Bakıda qoşa xətlərin silinməsi sürücülərin cərimələnməsinə səbəb olur
- Əhalinin NƏZƏRİNƏ: Sabah Bakının bir küçəsi nəqliyyat üçün BAĞLANACAQ
- Avtovağzalda avtobus qıtlığı yaşanır? - Qiymət artımı ilə bağlı iddialara AGENTLİKDƏN CAVAB