Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Putin Trampla Səudiyyə Ərəbistanında görüşə bilər
Rusiya və ABŞ prezidentləri - Vladimir Putin və Donald Trampın görüşü Səudiyyə Ərəbistanında keçirilə bilər.
Oxu.Az TASS-ə istinadən xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Belə bir variantı istisna etmək olmaz. Lakin hələlik bu məsələ ilə bağlı konkret məlumat yoxdur", - deyə Kremlin nümayəndəsi qeyd edib.
Daha əvvəl ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff "Bloomberg" agentliyinə müsahibəsində təxmin edib ki, ikitərəfli Rusiya-ABŞ sammiti Səudiyyə Ərəbistanında keçirilə bilər. O qeyd edib ki, Putin və Tramp adından danışa bilməz, lakin bunun baş verməsi üçün ən yaxşı variant budur.

"Vladimir Putin" teqi üzrə xəbərlər
- Putin Trampın Qrenlandiyanın ABŞ-yə birləşdirilməsi ideyasına münasibət bildirdi
- Rusiyanın ABŞ-dəki yeni səfiri Vaşinqtona gedib
- Rusiya və ABŞ arasında tam razılaşma mümkündür?
- Cud Lounun Putini canlandırdığı filmin çəkiliş meydanından İLK GÖRÜNTÜLƏR
- Dmitri Peskov: "Putinin Trampa verdiyi şəxsi hədiyyədir"