Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Andrey Rudenko: "Kim Çen Inın Rusiyaya səfəri hazırlıq mərhələsindədir"
Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inın Rusiyaya səfəri hazırlıq mərhələsindədir.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə jurnalistlərə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko məlumat verib.
"Bizdə həmişə hazırlıq gedir", - deyə o, Rusiya Beynəlxalq Münasibətlər Şurasının "Rusiya və Hindistan: İkitərəfli münasibətlərin yeni gündəminə doğru" konfransı çərçivəsində müvafiq sualı cavablandırarkən bildirib.
"Biz həmişə hər kəs ilə danışıqlar aparırıq, o cümlədən səfər mübadiləsi ilə bağlı", - deyə Rudenko əlavə edib.
"Rusiya" teqi üzrə xəbərlər
- Rusiyada 20-ci mərtəbədən yıxılan qız sağ qaldı
- ABŞ Uitkoff və Rusiya nümayəndələri arasında növbəti görüşü təşkil etmək istəyir
- Rusiya və Ukrayna arasında əsir mübadiləsi baş tutub
- Zelenski çox sayda rusiyalı sənətçini "qara siyahı"ya daxil etdi
- Rusiya Donetskdə daha bir yaşayış məntəqəsini nəzarət altına aldı
Ən çox oxunanlar